Kitabda Birinci Qarabağ müharibəsində hünər və şücaət göstərdiklərinə görə orden və medallara layiq görülmüş ağdamlı döyüşçülər haqqında müəllifin bədii-publisistik yazıları toplanılıb.
Kitab son sözü Vətən olan, ölümü Vətən eşqindən aşağı endirən şəhid oğulların əziz və unudulmaz xatirələrinə, onlarla çiyin-çiyinə vuruşsalar da, qismətlərinə yaşamaq payı düşən veteran döyüşçülərə ehtiramın ifadəsidir. (AZƏRTAC)