Amma bizim qəhrəmanımız Kamran Malik oğlu Əsədzadədir. O, 8 yanvar 1994-cü ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olmuşdur. Elə həmin kənddə orta məktəbi bitirmişdir. Orta təhsilini alandan sonra həqiqi hərbi xidmətə çağırılmış qəhrəmanımız Quru Qoşunlarında xidmət etmişdir. Keçdiyi döyüş üçün yüksək medallarla təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir. Ailəlidir, III dərəcəli əlildir.
İsa MUSAYEV