29 mart tarixdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirilmişdir. Qəbula yazılmış 7 nəfər rayon sakini ayrı-ayrılıqda qəbul edilərək, onların müraciətləri ətraflı dinlənilmişdir. Həmin müraciətlərin 3-ü münasib işlə təminat, 1-i torpaq, 1-i birdəfəlik maddi yardım, 2-si isə digər məsələlər barədə olmuşdur.
Sakinlərin həmin müraciətlərinə baxılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
***
Bu gün həmçinin Ağdam Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.
Ağdam Rayon İcra Hakimiyyətində RİH başçısı Vaqif Həsənov vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların problemləri ayrı-ayrılıqda dinlənilib, bir sıra məsələlər yerində həll olunub və digərlərinin həlli məqsədilə isə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülmüşdür.
Tahirə AĞAMİRZƏ