Fonddan bildiriblər ki, saytın yenilənməsində məqsəd istifadəçi rahatlığını (UX/UI) təmin etmək, Fondun fəaliyyəti ilə bağlı ətraflı məlumatları şəffaf şəkildə ictimayyətə çatdırmaq, ianələrin edilməsi üçün yeni imkanlar yaratmaq və nəticədə cəmiyyətin Qarabağın bərpası prosesində iştirakçılığını artırmaqdır.
İstifadəçi rahatlığını təmin etmək üçün həm dizayn, həm də məzmun baxımından təkmilləşdirilən və daha müasir proqram təminatlarından istifadə olunan sayt 4 əsas bölmədən (“Haqqımızda”, “Fəaliyyət”, “Media mərkəzi” və “İanə imkanları”), onların müvafiq altbölmələrindən ibarətdir.
Hazırda sayt test rejimində yalnız Azərbaycan dilində təqdim edilib. Yaxın günlərdə saytın ingilis dilində versiyası da ictimaiyyətə təqdim ediləcək.("AZERTAC")