Azərbaycan ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra özünü buraxmış separatçı-terrorçu dəstənin keçmiş rəhbərlərinin harada olduğuna dair müəmmalar davam edir.
“Vətən səsi” xəbər verir ki, keçmiş separatçı liderlər Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanla əlaqə itib. Ermənistan mətbuatının yaydığı məlumatda bildirilir ki, Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərdən sonra həmin şəxslər bir dəfə də olsun, ictimai həyatda görünməyib. Hətta separatçıların keçmiş rəhbərlərini axtaran jurnalistlər də onları tapmaqda çətinlik çəkir. Hazırda hər üç sabiq “lider”in harada olduğu Ermənistan cəmiyyətinə bəlli deyil.
Xatırladaq ki, Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın Ermənistana getməsi və ya onların Qarabağda olması barədə Azərbaycan hökuməti də hər hansı məlumat yaymayıb.
Elxan SALAHOV