15.05.2024, 04:52
AZ EN
17.03.2023, 16:07 177

Kiçik çavuşun böyük qəhrəmanlığı

XƏBƏRLƏR

Xətai Şirxan oğlu Abbasov 14 iyul 1990-cı ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini Horadiz şəhər Mahir Səfərov adına 1 saylı tam orta məktəbində başa vurmuşdur. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Xətai Abbasov kiçik çavuş kimi İkinci Qarabağ müharibəsində döyüşmüş, böyük qəhrəmanlıqlar göstərmişdir. Onun döyüş yolu Cəbrayıl, Şuşa, Füzuli, Xocavənddən keçmişdir. 9 noyabr 2020-ci ildə Şuşada yaralanmışdır. III dərəcəli əlil olan igidimiz  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına” görə medalları ilə təltif olunmuşdur.

İsa Musayev

Oxşar xəbərlər