25.04.2024, 08:10
AZ EN
09.03.2023, 09:25 229

Bu gün şəhid Ülvi Ağayevin doğum günüdür

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilən Ülvi gözünü qırpmadan canını Vətən naminə düşmən gülləsinə sipər edən oğullarımızdan biridir.

Ülvi Valeh oğlu Ağayev 1993-cü il martın 9-da Göyçaq rayonunun Şahsultanlı kəndində doğulub. Vətən müharibəsinə könüllü qoşulan Ülvi sentyabrın 30-dan etibarən döyüş əməliyyatlarında iştirak edib. Müharibəyə getməmişdən bir neçə ilə əvvəl anasını, qardaşını itirən Ülvi döyüşə yolandığını yalnız ora çatdıqdan sonra bibisinə və bacısına deyib. General-mayor Polad Həşimov şəhid olandan sonra Ülvi adını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlətx idmətində könüllü yazdırsa da, Vətən müharibəsi başlayandan sonra dəfələrlə hərbi komissarlığa müraciət etsə də, onu aparmayıblar. Həmkəndlilərini yola salmağa gedərkən o da avtobusa minərək hərbi hissəyə yollanıb. Lakin bibisi oğluna tapşırıb ki,  hərbi hissəyə çatana kimi atasına və bacısına bu haqda məlumat verməsin. Atası onun müharibəyə getdiyini sonradan öyrənib.

Bacısı onun müharibəyə getdiyini öyrənəndə deyib ki, bizim tək ümidimiz sən idin, niyə bizi qoyub getdin? Ülvi “bacı, mən səni, Vətənimi qorumaq üçün getdim, narahat olmayın, qələbə sorağı ilə qayıdacağam”,- deyib.

Yaxınları deyir ki, Ülvi işğalda olan Qarabağımızı azad etmək arzusuyla yaşayırmış.

O, oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğma kəndində böyük ehtiram və izdihamla dəfn edilib.

İndi onun bir zamanlar gəzib dolaşdığı kənddə adına  tikilən “Bulaq” gənclərin örnək yerinə çevrilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər