23.11.2024, 04:53
AZ EN
05.03.2023, 10:09 311

Yoldaşlarını xilas edib özü əbədiyyətə qovuşdu

XƏBƏRLƏR
  • Şəhidlərimizin, qazilərimizin, Vətən uğrunda döyüşən əsgərlərimizin qəhrəmanlığı və Ali Baş Komandanın rəhbərliyi ilə Vətən torpağı-Qarabağ azad edildi. Siz unudulmayacaqsınız Şəhidlərim! Sizi Azərbaycan xalqı tarix boyu fəxrlə anacaq və sizinlə fəxr edəcək! Siz xalqımızı qürur, sevinc hissləri ilə təltifləndirdiniz!         

Gizir Xəyal Aslanov 5 mart 1992- ci ildə Tərtərdə anadan olub. Əslən Ağdərə rayonundan idi. Xəyalın dayısı da 1992-ci il vətən uğrunda şəhid olub və məzarı 27 illik işğal altında olan Kəlbəcər ərazisində qalmışdı.

Şəhidimiz Xəyal həm də Aprel döyüşlərində yaxından iştirak edib. Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması uğrunda Vətən müharibəsi başlanan zaman döyüşlərdə qəhəmancasına döyüşür, igidliyi ilə fərqlənirdi Xəyal. Hərbçi dostları tərəfindən cəsurluğuna görə “İkinci Mübariz" adlandırılırdı.

Arxa cəbhədə olan Xəyal neytral zonada yaralı dostlarının və komandirinin səsini eşidəndə buna dözməyib və icazə alaraq onları oradan qurtarmaq istədiyini bildirib. Dostlarını qurtarmağa çalışan Xəyalın yanına minamyot düşərək ayağına dəymiş və artilleriya damarını kəsmişdir. Ağır qan itkisi nəticəsində komandiri ilə əl-ələ verərək şəhidlik zirvəsinə ucalmışdır.

Ailəli idi. İki övladı Vətənə əmanətdir. Övladları balaca olsalar da əsgər forması geyimləri ilə fəxr edirlər.

Ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər