Sülhməramlıların iki avtomobilinin Laçına maneəsiz keçidinə şərait yaradılıb
XƏBƏRLƏR
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir. Xankəndidən Laçın istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat-təchizat avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.
Qeyd edək ki, bununla da bu gün səhərdən indiyədək Laçın-Xankəndi yolunda aksiyanın təşkil olunduğu ərazidən keçən avtomobillərin sayı 36-ya çatıb. (AZƏRTAC)