22.11.2024, 07:00
AZ EN
31.01.2023, 14:25 369

“Atam-anam İrəvan deyə-deyə bu dünyadan köçdülər...”

XƏBƏRLƏR
  • Son iki yüz il ərzində azərbaycanlılara qarşı ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən, mərhələ-mərhələ gerçəkləşdirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində soydaşlarımız öz dədə-baba ocaqlarından zorla köçürülüb və deportasiya siyasətinin qurbanları olublar. Xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb, əsrlər boyu soydaşlarımız qəddarlıqla öz ata-baba yurdlarından, torpaqlarından qovulublar. Belə ailələrdən biri də Biləsuvar rayonunun Bağbanlar kəndində yaşayan Sadıqovlar ailəsidir.

1953-cü ildə Qərbi Azərbaycandan deportasiya olunan Sadıqov Ağacan Camal oğlu 1948-ci ildə Vedi rayonunun Gölcığın kəndində anadan olub. O, beş yaşı olanda ailəsi ilə birlikdə doğma ata-baba yurdundan deportasiya edilib, yurd-yuvasından didərgin düşüb. Ağacan dayı deyir ki, uşaq olmasına baxmayaraq, hər şey film kimi indi də gözlərinin önündə canlanır: “Atam deyirdi ki, bizi heyvan vaqonlarına döyə-döyə mindirib yola salırdılar. Vaqonlar bura altı günə gəlib çatıb. Gələnlər arasında hamilə qadınlar da olub, hətta əmim oğlu Süleyman vaqonda dünyaya gəlib”.

Həmsöhbətimiz bildirir ki, doğma ocaqlarından bir çöp belə götürə bilməyiblər. “Hər nəyimiz var idi hamısı ermənilərə qaldı. Bir çöp belə gətirə bilmədik. Babam imkanlı adam olub. Üç yüzdən çox mal-qaramız, ev-eşiyimiz vardı, qaldı onlara. Atam-anam bura gələndən sonra, İrəvan deyə-deyə doğma yurd həsrəti ilə bu dünyadan köçdülər...”, - deyən Ağacan dayı ağrı-acılı o günləri yada salır.

Ağacan dayı deyir ki, Vedi rayonundan Biləsuvara köçəndən sonra əvvəllər çox çətin vəziyyətdə yaşasalar da, sonradan zəhmətə qatlaşıb, gün-güzəran qurublar. O, Biləsuvarda Göycə bağı salıb, ailəsini dolandırır. O, öz dədə-baba yurduna, Vedi rayonuna qayıdacağı günün həsrəti ilə yaşayır...

(AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR