21.09.2024, 23:33
AZ EN
02.08.2023, 10:44 283

Erməni təxribatının növbəti hiyləsi

XƏBƏRLƏR
  • 61 yaşlı erməni sərxoş halda Şuşanın Qaladərəsi kəndindən Laçının Zabux kəndinədək 20 kilometrlik məsafəni necə qət edib?

Dünən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Beqleryan Rashid Aramis sərxoş imiş.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistandakı “Hraparak” qəzeti məlumat yayıb. Nəşrin yazdıqlarına görə, Xankəndindəki separatçı-terrorçu rejim R.Beqlaryan  barəsində yeni iddialar irəli sürüb. Erməni tərəfi iddia edir ki, guya o, 2020-ci il müharibəsi nəticəsində Şuşadan köçüb.

R.Beqlaryan son günlər Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olub. İlkin məlumata görə, həmin şəxs guya spirtli içkinin təsiri altında azaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan əraziyə, yəni Laçın rayonunun Ermənistanla sərhəddə yerləşən Zabux kəndi ərazisinə gəlib çıxıb.

Qeyd edək ki, Şuşa rayonunun  Kiçik Qaladərəsi kəndindən Laçının Zabux kəndinədək 20 kilometrə yaxın məsafə var. Odur ki, 61 yaşlı Beqlaryanın sərxoş halda mürəkkəb relyefə malik dağ-meşə zolağını rahatlıqla keçməsi sual doğurmaya bilməz.

Azərbaycanda fəaliyyət göstərən  “Caliber” nəşri isə yazır ki, Beqleryan Laçın keçid məntəqəsindən yan keçərək sərhədi keçməyə cəhd edib. O, guya Ermənistanda Qarabağdakı etnik ermənilərə “humanitar” yük daşıyan və bir həftədir “Laçın” sərhəd keçid məntəqəsi yaxınlığında dayanan “Spayka” şirkətinin sürücü köməkçisi olub. Lakin onun Azərbaycan ərazisinə təxribat törətmək üçün göndərilmiş Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı olduğuna əsaslı şübhələr var.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, avqustun 1-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı, 1962-ci il təvəllüdlü Beqleryan Rashid Aramis sərhədçilərimiz tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Elxan SALAHOV

Oxşar xəbərlər