Qərbi Azərbaycandan qaçqın düşən Elman Cabbarov söhbətinə bu sözlərlə başlayıb.
Amasiya rayonunun Güllübulaq kəndindən qaçqın düşən Elman bunun ilk olmadığını, 1805-ci ildən dəfələrlə baş verdiyini yada salır: “Həmin il knyaz Sisianov Gəncədə Şörəyelin Rusiyanın tabeliyinə keçməsi haqqında sənəd imzaladı. Bununla, ərazidə yaşayan türklərin qaçqınlıq dövrü, həmçinin ermənilərin Gümrü və Amasiyaya köçünə start verildi”.
1988-ci ilə qədər aborigen əhalinin dəfələrlə qaçqın həyatı yaşadığını, deportasiya olunduğunu deyən Elman Cabbarov Prezident İlham Əliyevin siyasi iradəsini zamanın verdiyi növbəti məqam adlandırır: “Bu gün Azərbaycan dövlətçilik tarixində təsadüf edilməyən qüdrətli dövrünü yaşayır və Prezidentin qətiyyətlə səsləndirdiyi fikirlərin insanlarımızda yaratdığı inamın kökündə dayanan da budur”.
Ermənistan adlandırılan dövlətdə yaşadığı bütün zamanlarda hər bir azərbaycanlının diskriminasiya ilə rastlaşdığını bildirən ali təhsilli kompüter mütəxəssisi, I Qarabağ müharibəsinin qazisi, Silahlı Qüvvələrmizin ehtiyatda olan zabiti Elman Cabbarov o yerlərə qayıdacaqlarına inamla söhbəti başa vurur. (AZƏRTAC)