09.06.2025, 02:39
AZ EN
14.01.2023, 19:06 352

Sülhməramlılara aid daha 4 yük avtomobili Laçın yolundan maneəsiz keçib

XƏBƏRLƏR
  • Azərbaycanın qeyi-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 34-cü gündür ki, davam edir. Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 4 yük maşını Xankəndidən Laçın irstiqamətinə maneəsiz keçib.

Bununla da bu gün Laçın yolundan keçən avtomobillərin sayı 42-yə çatıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 31 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. ("Trend")

Oxşar xəbərlər