08.09.2024, 07:52
AZ EN
12.01.2023, 16:08 344

Ölkəmizdə “Vikipediya” hərəkatı mövcuddur

XƏBƏRLƏR
  • Artıq texnologiyanın sürətli inkişaf etdiyi bir dövrdə yaşayırıq. Bu gün istənilən mövzu haqqında məlumat əldə etmək üçün hamı “Vikipediya”nı daha rahat mənbə hesab edir. Eyni zamanda  əksər ölkələr, tanınmış şəxslər, elm adamları,  sənət adamları, baş verən tarixi hadisələr və digərləri haqqında  məlumatları “Vikipediyada tapmaq mümkündür. Necə deyərlər, biz “Vikipediya”nı həyatımızın bir parçası adalandıra bilərik desək, yanılmarıq. Azərbaycanda da “Vikipediya” inkişaf sürətinə qədəm qoyub.

Mövzu ilə bağlı “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk mətbuata açıqlamasında  bildirib ki, son illər ölkəmizdə sərbəst ensiklopediya olan “Vikipediya”ya maraq artıb. “Vikipediya”da  yaradılan məqalələrin çox hissəsi Azərbaycanın tarixini, mədəniyyətini. Görkəmli şəxsiyyətlərini və ədəbiyyatını əhatə edir. Azərbaycan dili bölməsi 2004-cü ildən fəaliyyətə başlayıb. İlk məqalə həmin ildən yaranıb.

“Vikipediya”-nın Azərbaycan dili bölməsində 2000-dək məqalə mövcuddur. Demək olar ki, dil bölməsində humanitar, texniki və digər mövzuları əhatə edən məqalələr var  və bu etdikcə də artır. Çünki ölkəmizdə “Vikipediya” hərəkatı mövcuddur. Yüzlərlə könüllü prosesdə fəal iştirak edərək, öz töhfəsini verir. Könüllülər maraq sahələrinə uyğun məqalələr yaradırlar. Onlar “viki” hərəkatın fəal iştirakçılarıdırlar. Düzdür, problemlər var, lakin zamanla bunlar da aradan qaldırılacaq.

“Qorqud” Vikipediya Medodik Klubunun yaranmasının iki ili tamam olur. Son iki ildə “Vikipediya” da 2000-dək məqalənin yaradılması və redaktəsi uğurlu zəmanətin nəticəsidir. Klubun eksperti Qulamhüseyn Məmmədov, Ayxan Zayıdzadə, Sübhan Xıdırzadə, Qədir Quliyev və digər könüllülər ölkədə “Vikipediya” prosesinin güclənməsinə böyük  təkan verirlər.

“Vikipediya”da  kənar şəxslərin redaktəsi bölməsinə daxil olaraq, məlumatlara əlavələr edilməsi ilə bağlı sualı cavablandıarkən bildirib ki, hər kəs qaydalar çərçivəsində mövcud məqalələri zənginləşdirə və əlavələrini edə bilər. “Vikipediya”da məqalələrin önəmini artıran redaktələrdir:“Məqaləni yaratdıqdan müəyyən vaxt sonra redaktə etməyə ehtiyac yaranır.

Hansısa xoşagəlməz ifadələr məqalədə öz əksini taparsa, yazı əvvəlki vəziyyətinə qaytarılır və həmin hesab bloklanır. Hətta məqalə idarəçilər tərəfindən mühafizə olunur. “Vikipediya” sərbəst elektron resurs olduğu üçün bu gün dünyada məşhur internet platformasıdır”.

O, daha sonra qeyd edib ki, Türk dünyası ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi də “Viki”könüllülərinin daima maraq dairəsindədir. Türk dünyasında tarixi, elmi, akademik hadisələr “Vikipediya”-nın Azərbaycan dili bölməsində öz əksini tapır. Türk dünyasının tarixi, çoğrafiyası, ədəbiyyatı, mədəniyyəti və  görkəmli şəxsiyyətləri haqqında məqalələr çoxluq təşkil edir. “Vikipediya”nın digər türk dilləri bölmələrində eyni proses davam edir. 

“Vikpediya”da Vətən müharibəsində canından keçən şəhidlərimiz haqqında demək olar ki, məqalələrin çoxu yaradılıb. 2900-ə qədər məqalə var. İstənilən şəxs google.az ikinci Qarabağ müharibəsi şəhidlərinin siyahısını yazarsa,Vətən müharibəsi şəhidləri kateqoriyasından da  məlumatları əldə edə bilər. Ümumiyyətlə, “Vikipediya”nın Azərbaycan və xarici dili bölmələrində Vətən müharibəsini əhatə edən məqalələrin  bu gün də zənginləşdirilməsi davam edir. Bu mövzu daima diqqətdə saxlanılır”-, deyə mütəxəssis vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər