Qurumdan verilən xəbərə görə, layihənin biznes təlimlərinin davamı olaraq biznes planları uğurlu hesab edilən iştirakçılara qeyri-nağd qrantların verilməsi həyata keçirilib.
Bu yaxınlarda BMqT-nin layihə heyəti hədəf rayonlardan biri olan Ağdam rayonuna monitorinq səfərləri edib və özünüməşğulluq təşəbbüsləri BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən dəstəklənmiş bəzi məcburi köçkün ailələri ilə görüşüb.
Ümumilikdə, pilot rayonlar olan Ağdam və Ağcabədi rayonlarında keçirilən biznes təlimlərində iştirak edən 61 iştirakçıdan Ağdam rayonunda yaşayan 23 nəfər, Ağcabədi rayonundan isə 14 nəfər məcburi köçkünün biznes planları dəstəklənmək üçün seçilib.
İndiyədək Ağdam və Ağcabədi rayonlarında yaşayan 9-u qadın və 14-ü kişi olmaqla 23 nəfər məcburi köçkünlərin biznesinə qeyri-qrant şəkilində dəstək göstərilib. Dəstək göstərilən kiçik biznes sahələrinə fermer təssərüfatı, qəssab dükanı, gözəllik və dərzilik salonları daxildir. (APA)