Bu gün Ağdam Rayon İcra Hakimiyyətində RİH başçısı Vaqif Həsənov vətəndaşları qəbul edib. Qəbulda sakinlərin problemləri ayrı-ayrılıqda dinlənilib və bir sıra məsələlər yerində həll edilib. Bəzi məsələlər isə aidiyyəti qurumlar üzrə tapşırıqlar verilərək nəzarətə götürülüb.
****
Dünən Zəngilan RİH başçısının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi 1-də məskunlaşan sakinlərlə növbəti səyyar görüşü keçirilib. Qəbulda RİH-nin məsul əməkdaşları, rayon üzrə idarə, müəssisə rəhbərləri iştirak ediblər.
RİH-nin başçısı Ramiz Həsənov sakinlər tərəfindən qaldırılan məsələlərin müvafiq formada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağını bildirib.
Görüşün sonunda sakinlər dövlət tərəfindən onlara edilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Hazırladı: Mina RƏŞİD