21.09.2024, 22:06
AZ EN
12.12.2023, 11:45 269

Vətən Müharibəsinin 18 yaşlı qəhrəmanı

XƏBƏRLƏR
  • İkinci Vətən Müharibəsi şəhidi, əsgər Quliyev Vüqar Füzuli oğlu 2001-ci il dekabrın 12-də Ağsunun Qaraqaşlı kəndində anadan olub. Orta təhsilini Ağsu şəhər 4 saylı məktəbdə alıb. 2018-ci ildə Bakıda peşə məktəbində qaynaqçı kimi peşə təhsilinə yiyələnib.

Azərbaycan ordusunun əsgəri Vüqar Quliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşlərə qatılıb. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

2020-ci il noyabrın 3-də də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Ağsu Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Vüqar Füzuli oğlu Quliyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

18 yaşında tarix yazan, Vətən müharibəsinin qəhrəmanlarından olan gənc şəhidimizlə bu gün nəinki doğmaları, bütün Azərbaycan qürur duyur.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Vüqar balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər