21.09.2024, 21:45
AZ EN
11.01.2023, 11:52 285

Bu gün Xankəndi-Laçın yolundan sülhməramlıların 37 avtomobili maneəsiz keçib

XƏBƏRLƏR
  • Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 10 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

Nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin yük maşınları avtomobil Laçından Xankəndi istiqamətinə keçid edib. 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 

Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 37 avtomobil maneəsiz hərəkət edib. (Report)

Oxşar xəbərlər