17.04.2025, 20:43
AZ EN
16.11.2022, 15:20 661

Bayraq kimi əziz Şəhidimiz!

XƏBƏRLƏR

Bu gün Vətən Müharibəsi şəhidi Zaur Kamal oğlu Mədətovun doğum günüdür. O, 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Abşeron rayonunun ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbinə qəbul olunub. Daha sonra təhsilini Nizami rayonunun 277 nömrəli tam orta məktəbində davam etdirib və 2017-ci ildə orta təhsilini başa vurub. Zaur idmanın cüdo növü ilə məşğul olurdu. Ölkəmizdə və onun hüdudlarından kənarda idman yarışlarının qalibi olub, medallar qazanıb.
Uşaqlıqdan vətənpərvər olan Zaur hərbi xidmətə böyük həvəs və sevinclə yollanıb. O, Azərbaycanın 44 günlük Zəfər yürüşünə də könüllü olaraq qoşulub. Füzuli və Cəbrayılın azad olunması uğrund gedən qızğın döyüşlərdə cəsur bir əsgər kimi vuruşub.

Zaur Mədətov 2020-ci il oktyabrın 8-də Füzuli döyüşləri zamanı qəhrəmanlıqla şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Zaur şəhadətə ucalanda cəmi 21 yaşı vardı. Bayrağımızı idman yarışlarında yüksəklərə qaldıran igid oğlumuzun ən böyük arzusu onu işğal altında olan doğma torpaqlarımızda dalğalandırmaq idi. O, bu amal uğrunda vuruşdu və arzusuna qovuşdu. Onun adı isə ŞƏHİD olaraq Vətən, Bayraq kimi müqəddəsləşdi.

Doğum günün mübarək, igid Zaur balamız!

Mina RƏŞİD   

Oxşar xəbərlər