18.10.2024, 14:19
AZ EN
06.01.2023, 09:10 334

Zəfərə imza atan qazimiz

XƏBƏRLƏR

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gündə düşmənə öldürücü zərbə vuruldu.Bu qələbədə minlərlə oğullarımız əsil igidlik göstərdilər. Onlardan biri də Nicat Əhliman oğlu Zamanovdur. Əslən Kəlbəcər rayonunun Zivel kəndindən olan Nicat Bakı şəhəri, Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 23 may 2001-ci ildə anadan olmuşdur. 15 sentyabr 2007-ci ildə 6 saylı şəhər məktəbinin 1 ci sinfinə daxil olan N.Zamanov 2018-ci ildə Şəhər 14 saylı tam orta məktəbi bitirmişdir. O, 2019-cu ilin 02 iyulunda həqiqi hərbi xidmətə çağırılmış və 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinde döyüş dostları Süleymanov Nurlan, Ataşov Allahşükür, Mehdiyev Hasil, Məmmədov Ariz və başqaları ilə birlikdə düşmənə qarşı igidliklə vuruşmuşlar. Nicat qeyd edir ki, 05 sentyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə gözündən və qolundan ağır yara alıb və ona 2-ci qrup əlillik dərəcəsi təyin olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Kəlbəcərin azadlığına görə", “Füzulinin azadlığına görə", "Vətən uğrunda", "Şücaətə görə ", "Cəsur döyüşçü " medalları ilə təltif olunmuşdur.

İsa Musayev

Oxşar xəbərlər