Ortaq layihə çərçivəsində milli çadır qurulub, şəhər sakinləri milli yeməklərimizə, o cümlədən şəkərbura və paxlavaya qonaq edilib. Diaspor fəalları canlı musiqi ifa edib, milli geyimli gənclər qonaqlarla birlikdə rəqs ediblər. Milli çadır şəhər sakinlərinin böyük marağına səbəb olub. Tədbir iştirakçıları Azərbaycan xalqının ortaq adət-ənənələrə malik olduğunu əyani şəkildə görüblər.
Bayram tədbiri çərçivəsində Manqistau vilayətinin akimi (başçısı) Nurdaulet Kilıbay və vilayət rəsmiləri milli çadırı ziyarət ediblər, baş konsul Ayxan Süleymanlı və diaspor nümayəndələri ilə bayramlaşıblar.
Milli çadırı, həmçinin Türkiyənin və İranın Aktaudakı baş konsulları ziyarət ediblər və Azərbaycan milli yeməklərini dadıblar. (AZƏRTAC)