23.12.2024, 08:38
AZ EN
22.12.2022, 16:15 425

Ədalət Verdiyev: “Yalan xəbərlər erməni tərəfinin təxribatçı maraqlarına xidmət edir”

XƏBƏRLƏR
  • “Ermənistanın maraqlarına xidmət edən xəbərlərə inanmaq olmaz”. Bu sözləri son günlər sosial şəbəkələrdə “yenə gərginlik yaşanır, şəhid və yaralılarımız var” tipli xəbərlərin yayılmasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev açıqlamasında bildirib.

O deyib ki, doğru məlumatları Müdafiə Nazirliyi ictimaiyyətə çatdırır: “Cəbhədə Ermənistanla ciddi gərginlik müşahidə olunmur. Gərginlik rus sülhməramlıları ilə azərbaycanlı mütəxəssislər və jurnalistlər arasında yaşanıb. Bu, mətbuatda geniş miqyasda işıqlandırıldı.

Cəbhədə ağır vəziyyətin olması, şəhid və yaralılarla bağlı xəbərlərin heç bir əsası yoxdur. Yayılmış dezinformasiyaları deyil, rəsmi xəbərləri izləmək lazımdır. Yalan xəbərlər erməni tərəfinin təxribatçı maraqlarına xidmət edir. Belə xəbərlərə inanıb paylaşaraq cəmiyyətdə təşviş yaratmaq olmaz”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər