05.02.2025, 20:04
AZ EN
22.12.2022, 16:09 356

Əfsanəvi qəhrəman – Mixaylo

XƏBƏRLƏR
  • Bu gün Mehdi Hənifə oğlu Hüseynzadənin doğum günüdür.

O, 1918-ci il dekabrın 22-də indiki öz adını daşıyan kənddə anadan olub.    1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Leninqradda (Sankt-Peterburq) Xarici dillər institutunda təhsil alıb. 1941-ci ilin avqustunda orduya çağırılıb, Tiflisdəki hərbi piyada məktəbini bitirərək cəbhəyə göndərilib. Stalinqrad döyüşlərində iştirak edən M.Hüseynzadə Kalaç şəhəri yaxınlığındakı qanlı döyüşdə ağır yaralanaraq almanlara əsir düşüb. Onu Berlinə aparıb üçaylıq tərcüməçi kursunda oxudublar. Burada alman dilini yaxşı mənimsəyəm Mehdi 1943-cü ilin sonlarında bir dəstə azərbaycanlı ilə əsirlikdən qaçıb Yuqoslaviya və İtaliya partizanlarına qoşulub, xüsusi təxribat-kəşfiyyat dəstəsi yaradıb. Onun apardığı əməliyyatlar nəticəsində minlərlə faşist məhv edilib, onlarla dəmir və şose körpüləri partladılıb, xeyli sayda faşist avtomaşını sıradan çıxarılıb.

M.Hüseynzadə haqqında kitablar yazılıb, kinofilm çəkilib. “Uzaq sahillərdə” filminin məsləhətçisi, Mixaylonun olduğu partizan dəstəsinin qərargah rəisi Cavad Həkimli idi. Cavad əmi “İntiqam” kitabını yazıb hadisələri tamamilə işıqlandırmışdı. Yaxşı yadımdadır, o kitabı bizim Zəngilandakı evimizdə müzakirə edirdilər. Çünki atam Yunis Məmmədov da Yuqoslaviya partizanlarına qoşulmuşdu. Həmin vaxtlar ukraynalı Anatoli Dyaçenko da məktubla öz fikirlərini göndərmişdi.

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə Azərbaycan qəhrəmanlığı məktəbinin ən yaxşı müəllimlərindən biri olmuşdur. Bugünkü gəncliyimizə örnək olan Mixaylo fenomeni hər bir azərbacanlı tərəfindən qürurla anılır.

İsa YUNİSOĞLU 

Oxşar xəbərlər