23.11.2024, 01:04
AZ EN
22.12.2022, 09:01 431

Bilirdik ki, qələbə bizim olacaq!

XƏBƏRLƏR
  • “Vətən müharibəsi başlayanda əsgərlər sevincdən çalıb-oynayırdılar. Çünki biz bu günü çox gözləmişdik. Şəxsən mən özüm utanırdım. Biz bir hərbçi kimi tədbirlərdə iştirak edirdik. Bəzən xarici vətəndaşlar da həmin tədbirlərə qatılırdılar. Adam sıxılırdı ki, niyə mənim torpağım düşmən əsarətindədir. Müharibə xəbərinə oynayan oğullardan neçəsi şəhid, neçəsi qazi oldu. İnanın ki, oğullar gülə-gülə şəhid olurdular. Çünki bu Vətən bizimdir və onu biz qorumalıyıq”, - deyir qazimiz.   

Qazi gizir Elvin Qurbanov 1990-cı il sentyabrın 5-də Ukraynanın Xarkov şəhərində anadan olub. O, 2 yaşı olanda ailəsi Vətənə gəlib. Xaçmaz rayonunun Aşağı Zeyid kəndində 1997-2008 illərdə tam orta məktəbdə təhsil alıb. 2008-ci ildə  hərbi xidmətə yollanıb. 2012-ci ildə gizir hazırlığı kursuna daxil olub və 2013-cü ildə bitirib. Əvvlcə Gəncədə, sonra Beyləqanda xidmət edib.

Gizir Elvin Qurbanov Vətən müharibəsinin ilk günündən əsgərləri ilə döyüşlərə qatılıb. Qəhrəman döyüşçü danışır ki, savaşda zabitlər öndə gedirdilər, onlar imkan vermirdilər ki, kimsə onlardan irəli keçsin...

Füzuli rayonunun Qaraxanbəyli kəndində çox şəhidimiz oldu. Ümumiyyətlə, döyüşlərdə şəhid olanların çoxu zabit idi. Bizdə ən gənc əsgərdə belə qorxu hissi yox idi. Heç nəyə baxmadan irəli gedirdik. Çünki bütün xalq ayağa qalxmışdı. Bilirdik ki, bu dəfə  qələbə bizimdir. Erməni çox qorxaqdı, komandir öz əsgərlərini qoyub qaçırdı.  

“Oktyabrın 6-da yaralandım. Hiss etdim ki, atılan minomyot, top mərmisidi. Çünki məni 12-13 m yuxarı qaldırıb tulladı, əvvəlcə elə bildim gözüm tökülüb. Sonra gördüm ayağım topuqdan aralanıb. Ayağımı sarıyıb başladım sürünməyə. Şoka düşmədim, amma yanımda heç kim yox idi”.

E.Qurbanov deyir ki, xəstəxanada müalicə olunurdum, həkim tərpənməyə icazə vermirdi. Bir də qulağıma səslər, qışqırıqlar gəldi. Dözə bilmədim, gördüm xəstəxanada hamı sevindiyindən oynayır, küçədə hər tərəf, adamlar, maşınlar da üçrəngli bayrağımıza bürünüb.  

Müzəffər Ali Baş Komandan İlham Əliyev qələbə, Zəfərlə bağlı məlumat vermişdi. Bütün millət ayağa qalxmışdı onda…

Biz bu müharibədən alnıaçıq çıxdıq. 44 gündə istədiyimizə nail olduq. Bütün dünyada bu bir nümunə idi. Bu zəfərə görə Şəhidlərimizə borcluyuq. Azərbaycan əsgəri əsilli-nəsilli, qanı bəllidir, türk qanı var onda, bizdə döyüşkənlik həmişə olub. Amma ermənilər bilinmir nə millətidi. Onlar ancaq bicliyi bilirlər.

Həyatda ən böyük müəllimim atam olub. O, mənə təkcə ata yox, böyük qardaş olub həmişə. Döyüşdə atamı, bir də övladlarımı düşünürdüm, deyir, qazimiz.

“Mən komandirim üçün əsgər, əsgərlərim üçün komandir idim. Düşünürdüm ki, getsəm əsgərlərim neyləyəcək. Həmişə onları düşünürdüm, xəstəxanada olanda da gözlərim önündən getmirdilər...”

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər