- Mediasiya Şurası başda olmaqla mediasiya təşkilatları YAŞAT Fonduna 8.100 (səkkiz min yüz) manat məbləğində ianə ediblər. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun sözlərinə görə, öncə mediasiya təşkilatlarının və mediatorların iştirakı ilə Yeni İl bayramı öncəsi korporativ tədbirlərin keçirilməsi təklif edilib. Amma sonda Şuranın Korporativ Sosial Məsuliyyət prinsiplərinə sadiq qalaraq, YAŞAT Fonduna ianə etmək qərarına gəliblər.
“Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində gözəl bir həmrəylik göstərə bildik”,- deyən Nadir Adilov qeyd edib ki, Mediasiya Şurası da daxil olmaqla, mediasiya təşkilatları qeyri-kommersiya hüquqi şəxsdir, yəni gəlir əldə etməyən təşkilatlardır. Amma buna baxmayaraq hər biri bundan sonrakı fəaliyyətində də dövlətimiz üçün önəm daşıyan sosial yönümlü layihələrdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.
Hazırladı: Mina RƏŞİD