Səhər saat 10 radələrində başlayan etiraz aksiyası artıq 6 saatdan çoxdur davam edir.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının postu yaxınlığında etiraz aksiyası keçirən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri sülhməramlı kontingentin komandanı Andrey Volkovun gəlməsini tələb edirlər.
Artıq etiraz keçirilən ərazidə iştirakçılar tərəfindən çadırlar quraşdırılıb, aksiyanın gecə boyunca da davam edəcəyi ehtimal olunur.