08.09.2024, 05:33
AZ EN
02.12.2022, 12:10 238

İcra başçısı şəhid ailəsini ziyarət edib

XƏBƏRLƏR
  • Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Kəlbəcər rayonunda da daim ehtiramla anılır. Rayon rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olur.

Dünən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Goranboy rayonunun Zeyvə kənd qəbirstanlığında dəfn edilən 44 günlük Vətən müharibəsinin şəhidləri - Orucov Nemət Əkbər oğlunun və leytenant Şirinov Ömər Muğan oğlunun məzarlarını ziyarət edib. Ziyarətdə icra başçısı ilə yanaşı, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri də iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Daha sonra şəhid Orucov Nemət Əkbər oğlunun Goranboy rayonunun Qaraçinar kəndində müvəqqəti məskunlaşan ailəsi ziyarət edilib. A.Qocayev şəhid  ailəsi ilə görüşdə qeyd edib ki, şəhid ailələri daima dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunur. Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı və heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər