21.06.2025, 13:15
AZ EN
21.06.2025, 07:00 208

Azərbaycana yay fəsli daxil olub

XƏBƏRLƏR
  • Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i, saat 06:42-də daxil olub.

Bunu Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Yer kürəsinin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq yaranır və nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır.

Bu gün Bakıda Günəş günorta vaxtı üfüqdən 73.1° hündürlükdə – maksimum yüksəklikdə görünəcək. Məhz bu səbəbdən bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsi qeydə alınır.

Gündüz 15 saat 3 dəqiqə 24 saniyə, gecə isə 8 saat 56 dəqiqə 36 saniyə davam edəcək.

Yay fəslinin uzunluğu ümumilikdə 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək. (Trend)

Oxşar xəbərlər