11.03.2025, 10:31
AZ EN
23.11.2022, 12:43 281

Topçu Vüsal

XƏBƏRLƏR
  • Yəqin ki, bu tarix hamımızın yaxşı yadındadır. 44 günlük Vətən müharibəsinin unudulmaz simalarından biri də “Topçu Vüsal” kimi adı dillərə düşən Şahkərəmov Vüsal İslam oğlu idi. Vüsalın ailəsi əslən Qubanın Cimi kəndindən olsa da Xaçmaz rayonunun Qusarçay kəndində yaşayır. Vüsal 2001-ci il iyun ayının 29-da Qusarçay kəndində anadan olub. Arif Məmmədov adına Qusarçay tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb. İkinci Vətən müharibəsi başlananda Azərbaycan Ordusunun əsgəri olan Vüsal topçu kimi döyüşlərə qatılıb.

Bir gün anası İlahə xanım televizorda həyəcanla cəbhədən olan xəbərləri izləyərkən bir də görür ki, balasını – Vüsalı göstərirlər. Tez işdən yorğun gəlib dincələn həyat yoldaşını səsləyir, səsə qızları da gəlir. Sonra dönə-dönə az qala bütün dünyanın izlədiyi məşhur videoya baxırlar. O vaxt babası Ağa Ağayev mətbuata demişdi ki, “Vüsalı televizorda göstərirlər”, - deyəndə kövrəldim. Dəfələrlə baxdım və öz-özümə sual verdim ki, görəsən bu bizim Vüsaldır? Gördüm hə, elə bizim qəhrəman, pəhləvan Vüsaldır. Topdan atəş açıb “Rembo” kimi dayanır: “Onda nəvəmlə lap qürur duydum. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə əsgərlərimiz düşməni torpaqlarımızdan qovurlar. Bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”... Vüsalın özündən yaşca kiçik iki bacısı var. Onda yeddi yaşlı Fidan Vətəni qoruyan qardaşı ilə fəxr etdiyini bildirmişdi: “Tezliklə müharibə bizim qələbəmizlə qurtarsın, qardaşım da evimizə qayıtsın”...

Bu məşhur videodan sonra Vüsal tək Şahkərəmovlar ailəsinin, Qusarçay kəndinin yox, bütün Azərbaycanın qəhrəman oğluna, Vətən müharibəsinin simalarından birinə çevrildi. Müharibə vaxtı hətta ermənilər də, bu məşhur videonu paylaşaraq onu öz qəhrəmanları kimi qələmə vermişdilər...

Vüsal Şahkərəmovun bu günlərdə ARB televiziyasının qonağı olması

“Topçu Vüsal”ı yenidən gündəmə gətirdi və bununla hər kəsi sevindirdi. V.Şahkərəmov məşhur video ilə bağlı söylədi ki, həmin görüntü Vətən müharibəsi zamanı Müdafiə Nazirliyi tərəfindən Qubadlıda ondan xəbərsiz çəkilib.

Qeyd edək ki, İkinci Vətən müharibəsində sosial şəbəkələrdə hər kəsin profillərini bəzəyən topçu qəhrəmanımız Vüsal Şahkərəmov Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 21 yaşı var.   

44 gündə Qarabağda

Zəfər çaldı oğullar.

Topçu Vüsal, bu Zəfərdə

Sənin də öz payın var.

Mina RƏŞİD

Oxşar xəbərlər