"Vətən səsi" xəbər verir ki, “Ağdam şəhərinin inzibati ərazisində inzibati bina kompleksinin və şəhər meydanının tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması” tenderinin dəyəri 56 min 673 manat təşkil edir. İkinci tender isə “Füzuli şəhərində ikinci faza üzrə məcburi köçkünlər üçün orta sıxlıqlı və çoxfunksiyalı zona, orta mərtəbəli yaşayış məhəllələrinin tikintisi layihəsi çərçivəsində söküntü işlərinin satın alınması” adlandırılan tenderi isə dəyəri 84 min 258 manatdır.
Xatırladaq ki, sözügedən ərazilərdin bərpası çərçivəsində söküntü işlərinin aparılmasını nəzərdə tutan hər iki tenderin qalibi “Az Technocon Group” MMC elan edilib. Dövlət qurumu qalib şirkətə toplamda 140 min 931 manat ödəyəcək.
Elxan SALAHOV