Azərbaycanda indiyədək ümumilikdə 823 954 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 750 nəfər müalicə olunaraq sağalıb, 9 972 nəfər vəfat edib, aktiv xəstə sayı 232 nəfərdir.
Ölkədə son sutka ərzində 1 620, hazırkı dövrədək isə 7 356 956 test aparılıb.
Son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinin sayı 297 olub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 146, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 30 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 918 769, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 868, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 216, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 390 055, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 630 nəfər təşkil edir.