10.06.2025, 22:27
AZ EN
07.03.2025, 16:54 160

Deputat laçınlı məcburi köçkünlərlə görüş keçirib

XƏBƏRLƏR
  • Milli Məclisin deputatı Rövşən Muradov Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonunun Köhnəkənd nümayəndəliyinin sakinləri görüş keçirib.

Görüşdə deputat seçiciləri maraqlandıran bir-sıra məsələlərə öz münasibətini bildirməklə yanaşı, həm də sakinləri narahat edən sosial-iqtisadi, mədəni-məişət, mülki, məşğulluq, təhsil problemləri ilə bağlı və doğma ata-baba yurdlarına geri dönmələrinin sürətləndirilməsinə dair fikirlərini də diqqətlə dinləmişdir. Eyni zamanda, Rövşən Muradov Azərbaycanın digər bölgələrindən həmin görüşə təşrif buyuran laçınlılarla da fərdi qaydada söhbət aparmış, onların şəxsi problemlərini dinləmiş və bəzi məsələlərin dərhal həll edilməsi ilə bağlı  tapşırıqlar vermişdir.

Sonra Laçın rayonu Köhnəkənd nümayədənliyi sakinlərinin Milli Məclis rəhbərliyinə ünvanlanmış kollektiv müraciəti deputat Rövşən Muradova təqdim edilmişdir. Rövşən Muradov də öz növbəsində sakinləri əmin etmişdir ki, müraciət müvafiq qaydada Milli Məclisin Aparatında qeydiyyata alındıqdan sonra öz ünvanına çatdırılacaqdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər