25.04.2025, 03:07
AZ EN
17.05.2024, 16:25 239

Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək

XƏBƏRLƏR
  • Belarus Qarabağda yaşayış məntəqəsi salmağı planlaşdırır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç jurnalistlərə açıqlamasında məlumat verib. O bildirib ki, yaşayış məntəqəsi 420 ailə üçün nəzərdə tutulub: “Artıq bir neçə ildir ki, Azərbaycan və Belarus tikinti sektorunda əməkdaşlıq edirlər. Amma indiyədək əsas diqqət şəhərsalma və layihə sənədlərinin işlənib hazırlanmasına, normativ baza və texnologiyaların mübadiləsinə yönəlib. İndi isə Qarabağda tikintiyə başlamağa hazırıq”.

Elxan SALAHOV

Oxşar xəbərlər