İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov bildirib ki, hazırda elmi müəssisədə işğaldan azad olunmuş ərazilərdə arxeoloji qazıntıların aparılması zəruri olan abidələrin geniş məlumat bazası hazırlanır. Professor Qarabağ ərazisində aşkarlanan tapıntıların taleyinə də aydınlıq gətirib: “Aşkar edilən bütün maddi-mədəniyyət nümunələrinin Bakıya gətirilməsi planlaşdırılmır. O tapıntıların bir hissəsi səma altında muzey şəklində bölgələrdə saxlanılacaq. Bu həm yerli, həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna səyahət edən və abidələrlə tanış olmaq istəyən turistlər üçün maraqlı olacaq”. (AZƏRTAC)