“Azərbaycan Beynəlxalq Radiosundan rəsmi Bakı bizə çağırış edirdi ki, evinizi tərk etməyə ehtiyac yoxdur, panikaya düşməyin, sizə burada hər cür şərait yaradılacaq, Azərbaycan pasportu veriləcək və bütün hüquqlarınız qorunacaq”. Azərbaycan televiziyasının məlumatına görə, bunu Qarabağda yaşamış erməni əsilli xanım özü deyir. O, bildirir ki, həmin vaxt bizə Ermənistandan zəng edib deyirdilər bütün sənədləri, medalları, hərbi formaları yandırıb Qarabağı tərk edin. Biz hətta oğullarımızın, ərlərimizin də şəkillərini yandırdıq. Bizə bütün silahları məhv etmək əmri verilmişdi. Biz oradan ayrılanda gəlinimiz evimizi yandırmaq istədi, amma həyat yoldaşım buna imkan vermədi. Tanrının köməyi ilə Həkəri çayının üzərindəki körpüyə çatdıq. Oradan da rahat şəkildə Azərbaycanın sərhəd buraxılış məntəqəsindən keçib gəldik...
Hazırladı: Mina RƏŞİD