Bu sözləri açıqlamasında Ağdam şəhərinə qayıdan keçmiş məcburi köçkün Ceyran Hüseynova söyləyib.
O deyib: “Bizim üçün unudulmaz və qürurverici gündür. İllər sonra doğma yurdumuz Ağdama qayıdırıq. O çətin, ağrılı günləri xatırladıqca insan kövrəlir. Yurdumuzu tərk edəndə nə vaxtsa geri dönəcəyimizə inanırdıq və bu gün o arzunun gerçəyə çevrildiyini görürük”.
C.Hüseynova həyəcanlı olduğunu, hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirib: “Uşağım Bakıda dünyaya gəlib, doğma torpağını görmədən böyüdü. Bu gün isə qızımla birlikdə öz evimizə qayıdırıq. Bu sevinci bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların qəhrəmanlığı sayəsində bu gün doğma torpağımızdayıq”. (AZƏRTAC)