27.01.2026, 14:09
AZ EN
27.01.2026, 11:53 105

Azad edilən ərazilərdə bugünədək 8 min vətəndaş işlə təmin edilib

XƏBƏRLƏR
  • Azad edilən ərazilərdə bugünədək 8 min vətəndaş işlə təmin edilib.

Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.

Hasil Abbasovun sözlərinə görə, təkcə 2025-ci ildə 2 847 vətəndaş işlə təmin edilib:

"154 nəfər özünəməşğulluq proqramına cəlb edilib. Onların ümumi sayı 705-ə çatdırılıb.
Həmin şəxslərin 58 faizi dövlət, 42 faizi özəl sektorda çalışır".

Sədr əlavə edib ki, azad edilən ərazilərdə peşə hazırlığı tədbirlərinə cəlb edilən vətəndaşların sayı 360-ya çatır. (Trend)

Oxşar xəbərlər