Bu sözləri jurnalistlərə açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Məhbubə Həsənova söyləyib.
O deyib: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Ordumuzu qorusun. Onların fədakarlığı sayəsində bu günləri yaşayırıq".
Zəngilandan məcburi köçkün düşəndə uşaq olduğunu vurğulayan M.Həsənova əlavə edib: "O dövrdə baş verən hadisələri tam xatırlamıram. Amma ailəmin danışdıqları, illərlə qəlbimizdə daşıdığımız nisgil, itirilmiş yurd həsrəti mənim yaddaşımda dərin iz buraxıb". (AZƏRTAC)