Reyslər Mingəçevir Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Mingəçevirə isə 16:00-da həyata keçiriləcək.
Mingəçevir – Şuşa – Mingəçevir reysi üzrə bir istiqamət üçün biletin qiyməti 5,50 manat təşkil edir. Bu reys üzrə Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələri kimi müəyyən edilib. Mingəçevir – Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 4,50 manat, Mingəçevir – Xankəndi aralıq məntəqəsi üçün biletin qiyməti 5 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.
Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir. (APA)