22.11.2024, 10:33
AZ EN
07.12.2023, 08:35 285

Füzuliyə köçən sakin: İndiyədək Binə qəsəbəsindəki yataqxanada yaşayırdıq

XƏBƏRLƏR
  • İndiyədək Binə qəsəbəsindəki yataqxanada yaşayırdıq. Amma bu gün öz yurduma, doğulub boya-başa çatdığım yerlərə- Füzuliyə gedirik. Hər bir insan üçün onun anadan olduğu yer xüsusi əhəmiyyət daşıyır. Ona görə də çox sevinirəm, hisslərimi ifadə etməkdə çətinlik çəkirəm.

Bu sözləri jurnalistlərə müsahibəsində doğma yurduna qayıdan Füzuli sakini Rima İbrahimova söyləyib.

O deyib: “Biz hər zaman dövlətimizin diqqət və qayğısını hiss etmişik. Bu gün 57 yaşımda Füzuliyə gedirəm, bu günləri bizə yaşadan şəhidlərimizə Allah rəhmət etsin". (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR