23.01.2026, 14:13
AZ EN
23.01.2026, 09:47 203

Bu gün dünyada Əl yazısı günüdür

XƏBƏRLƏR
  • Müasir texnikanın inkişafı əl yazısını demək olar ki, kölgədə qoyub. Buna baxmayaraq elə yazıçılar, sənət adamları var ki, onların qələmə, əl yazısına münasibəti başqadı. Rəssamlar, müəyyən qrafika işi ilə məşğul olanlar hələ də mürəkkəbə batırılan perollardan istifadə edirlər. Çin, Yaponiya kimi ölkələrdə gözəl yazmaq incəsənət hesab olunur. Elə bu gündə də kolliqrafiya ustaları çox yüksək qiymətləndirilir.

Hər il yanvarın 23-ü dünyada "Xətt Günü" və ya "Əl Yazısı Günü" ("National Handwriting Day") kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd insanlara əl yazısının unikallığını, onun özünəməxsusluğunu, əl ilə yazı yazmağın vacibliyini xatırlatmaqdır.

Dövrümüzdə kompyüterlərin, elektron poçtların, mesajların, sosial medianin və digər sürətli ünsiyyət vasitələrinin ildən-ilə populyarlıq qazanması müasir insanı öz fikirlərini əli ilə yazaraq ifadə etməkdən uzaqlaşdırıb.

Qeyd edək ki, bu bayram ilk dəfə müasir texnologiyanın daha çox inkişaf etdiyi ABŞ-da qeyd olunmağa başlayıb. ABŞ-ın yazı ləvazimatları istehsalçılarının assosiasiyasının bu addımı atmaqda məqsədi əl yazısının dəyərini xatırlatmaq və onun populyarlığını qoruyub saxlamaq olub.

Yanvarın 23-nün məhz “Əl yazısı günü” keçirilməsi isə təsadüfi deyil. Bayramın tarixi ABŞ-ın məşhur dövlət xadimi Con Xenkokun anadan olduğu gündür. Xenkok ABŞ-ın Müstəqillik Bəyannaməsinə ilk imza atan şəxs kimi tarixə düşüb. 

Nəzərə alsaq ki, bütün dünyada poçtu simvolizə edən əsas poçt göndərişi məktubdur və tarix boyu məktub xüsusi əlyazma hesab olunub, deməli bu gün həm də bütün dünyada poçt işçiləri üçün önəmli tarix hesab edilir. 

Mina RƏŞİD

Oxşar xəbərlər