Bu sözləri jurnalistlərə açıqlamasında Xankəndiyə köçən keçmiş məcburi köçkün Elməddin Quliyev söyləyib.
O bildirib ki, bu qayıdış həm sevinc, həm də minnətdarlıq hissi doğurur: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Yurdumuza qayıtmaq, evimizdə yenidən bir araya gəlmək hissi sözlə ifadə olunmaz dərəcədədir. Ailəm 6 nəfərlikdir və bizə 4 otaqlı ev verilib". (AZƏRTAC)