Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlıqlarını heç vaxt unutmayacağıq. Qazilərimizə şəfa diləyirəm.
Bu sözləri jurnalistlərə açıqlamasında Xankəndiyə köçən keçmiş məcburi köçkün Rübabə Abbasova söyləyib.
"Bizə yaradılan bu şəraiti görə təşəkkür edirəm. Xankəndidə iki otaqlı evlə təmin olunmuşuq. Məcburi köçkün düşəndə səkkiz nəfərlik ailə idik, hazırda isə qızımla geri qayıdırıq",- deyə o vurğulayıb. (AZƏRTAC)