Bu fikirləri açıqlamasında filologiya elmləri doktoru, Bakı Avrasiya Universitetinin professoru Elmira Məmmədova-Kekeç bildirib.
“Qərbi Azərbaycan bizim əzəli yurdumuzdur, eyni zamanda mənim də vətənimdir. Mən 1988-ci ildə deportasiya olunmuş azərbaycanlı türklərindən biriyəm. Düşünürəm ki, bu cür tədqiqatlar tarixi yaddaşımızın möhkəmlənməsinə xidmət edir”, – deyə o əlavə edib.
Professorun sözlərinə görə, kitabın onlayn formatda hazırlanması və QR kodlar vasitəsilə asan əlçatan olması xüsusi əhəmiyyət daşıyır: “Nəşrin onlayn olması ilk növbədə diqqətəlayiqdir. Eyni zamanda, tarix faktlarına və sənədlərə əsaslanan materialların ciddi şəkildə təqdim olunması elmi mühitdə həm ölkə daxilində, həm də dünya elmi mühitində alimlərimizin öz sözlərini deməsinə və mövqelərini faktlarla təsdiq etməsinə imkan verəcək”. (AZƏRTAC)