Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Fuad Cahangir oğlu Qubadlının doğum günüdür. O, 16 yanvar 1993-cü ildə Cəlilabad rayonunun Komanlı kəndində dünyaya gəlib. Orta məktəbi dogma kənddə bitirib. Hərbi xidmətindən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu - MAXE kimi yenidən Vətənə xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Fuad Qubadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində mərdliklə savaşıb. Noyabrın 9-da Xocavənd rayonunda qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla dünyaya göz açdığı kənddə torpağa tapşırılıb.
rezidenti İlham Əliyevin sərəncamları ilə Fuad Cahangir oğlu Qubadlı ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Cəsur döyüşçü" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə tətif edilib.
Cəlilabad rayonunda qəhrəman şəhidimizin adına bulaq inşa edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD