04.03.2026, 16:56
AZ EN
13.01.2026, 12:30 207

Fərhad Məmmədov: Ermənistanda indiki hakimiyyət qalib gəlsə, sülh prosesində vətəndaş cəmiyyətinin iştirakını institutlaşdıra bilərik

XƏBƏRLƏR
  • Ermənistanda parlament seçkilərində indiki hakimiyyət qalib gəlsə, bu bizə imkan verəcək ki, sülh prosesində vətəndaş cəmiyyətinin iştirakını institutlaşdıraq.

Bunu bu gün Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “Vətəndaş cəmiyyətinin sülh prosesində rolu” mövzusunda ictimai müzakirədə deyib.

“Bugünkü nailiyyətimiz odur ki, iki tərəf arasında ünsiyyət vətəndaş cəmiyyətləri səviyyəsində formalaşıb”, - deyə o vurğulayıb.

F.Məmmədov həmçinin qeyd edib ki, Bakı-İrəvan sülh müqaviləsinin imzalanmasında əsas əngəl Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. (Trend)

Oxşar xəbərlər