Fondun rəsmi məlumatına əsasən, ötən beş il ərzində 8110 Çağrı Mərkəzinə 291 169 zəng daxil olub. Müraciətlərin ümumi sayı 93 016 təşkil edir ki, bunun 58 263-ü şəhid ailə üzvlərinin, 34 753-ü isə yaralanmış hərbi qulluqçuların müraciətləridir. Bütün zənglər və xidmətlər tamamilə ödənişsiz şəkildə həyata keçirilir.
Xatırladaq ki, “YAŞAT” Fondu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun məqsədi Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinə sosial dəstəyin artırılması, dövlətin apardığı siyasətə əlavə dayaq olmaqdır. Bu məqsədlə fondun fəaliyyəti şəffaflıq, effektivlik və əlçatanlıq prinsipləri üzərində qurulub.
Beş illik fəaliyyəti ərzində “YAŞAT” Fondu vətəndaş cəmiyyətinə inteqrasiyanın, milli həmrəyliyin və sosial məsuliyyətin simvoluna çevrilib.
Bu gün “YAŞAT” təkcə yardım fondu deyil, həm də şəhid və qazilərin ailələrinin yanında olan güvənli bir dövlət dayağıdır.
Tahirə AĞAMİRZƏ