04.03.2026, 18:00
AZ EN
07.01.2026, 10:27 212

Göyçayda Şuşa sakinlərinin səyyar qəbulu olub

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Göyçay rayonu, Qaraməryəm kəndində məskunlaşmış Şuşa rayon sakinləri ilə səyyar görüşü keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşmanın əhali tərəfindən təqdir olunuğunu bildirib.

İcra başçısı 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizin və Zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş ərazilərdə, o cümlədən əvvəlki simasını bərpa etməkdə olan Şuşada aparılan nəhəng quruculuq işlərinin məhz dövlətimizin başçısının uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb.

 Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndirən sakinlər Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Mina RƏŞİD

Oxşar xəbərlər