18.01.2026, 05:02
AZ EN
29.12.2025, 11:53 288

Kürdəxanıda Ulu Öndərə həsr olunmuş tədbir keçirilib

XƏBƏRLƏR
  • “Dəmir Yumruq” Vətən Muharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin Sabuncu rayon filialının təşkilatçılığı ilə rayonun Kurdəxanı qəsəbəsində, 810 məcburi köckun ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra filialın sədri, Xocalı sakini, milli münaqişə zəminində ikinci qrup əlil Lütviyyə Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin qorunmasında və inkişafında xidmətləri, müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün yaratdığı möhkəm təməl və bu təməl üzərində onun siyasi varisi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizi regionun ən güclü, qüdrətli lideri səviyyəsinə yüksəltməsi, xalqımızın müqəddəs arzularını gerçəkləşdirməsi haqqında ətraflı söhbət açıb. Heydər Əliyev ideyalarının Azərbaycanı qələbədən-qələbəyə apardığı, topaqlarımızın işğaldan mütləq azad ediləcəyi barədə onun söylədiyi fikrilərin indi reallığa çevrildiyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin Böyük Zəfərə nail olduğu vurğulanıb. Əminliklə qeyd edilib ki, Böyük Zəfərin ardınca başlanmış Böyük Qayıdış prosesi Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsini, bu ərazilərdə azərbaycanlıların əbədi məskunlaşmasını təmin edəcəkdir. Xalqımızın qrurb-yaratmaq əzminin, Ulu Öndərin ideyalarına sadiqliyinin bu dahi şəxsiyyətin xatirəsinə tükənməz ehtiramın ifadəsi olduğu bildirilib.

Tədbirdə “Dəmir Yumruq” İB-nin sədri, Qarabağ müharibəsi veteranı Əbil Zeynalov iştirak edib, Ulu Öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi böyük nailiyyətlər, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında qazanılan qələbələrin tarixi əhəmiyyi barədə danışıb, uğurla həyata keçirilən Böyük Qayıdışda keçmiş məcburi köçkünlərin böyük həvəslə iştirak etdiklərini, dövlətimizin himayəsi ilə könüllü, təhlükəsiz şəraitdə və ləyaqətlə doğma yurda döndüklərini, yeni bir həyata başladıqlarını deyib.

Tədbirin keçirilməsinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dəstək verib.  

Oxşar xəbərlər