17.01.2026, 21:59
AZ EN
26.12.2025, 16:22 210

“Qərbi Azərbaycanın tarixi coğrafiyası” adlı nəşr gələn il təqdim ediləcək

XƏBƏRLƏR
  • Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Qərbi Azərbaycanın tarixi coğrafiyası” adlı nəşr hazırlanır.

Bunu müsahibəsində tarix üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafa deyib.

O, “Qərbi Azərbaycan xəritələrdə” adlı nəşrin də hazırlandığını diqqətə çatdırıb.

Qeyd edib ki, hər iki nəşrin 2026-cı ildə təqdim olunması planlaşdırılır.

Tarixçi alim, həmçinin Qərbi Azərbaycan mövzusunda tədqiqatların mütəmadi olaraq aparıldığını bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər